Google-nin keçmiş işçisi Sanmay Ved 1 dəqiqə müddətinə şirkəti 12 dollara alıb.
Bu maraqlı hadisə Vedin Google domainlərini və Google veb saytının alınması xidmətlərini araşdırması ilə başlayıb. Araşdırma zamanı qarşılaşdığı mənzərə ona maraqlı gəlib. Çünki “Google.com”un yanında satışa açıq olduğunu göstərən yaşıl işarə olub. Təbii ki, bunun yanlışlıq olduğunu düşünən Ved nə baş verdiyini anlamaq üçün saytı alıb. Və dünyanın ən çox daxil olduğu saytı 12 dollara alıb.
Ved Google.com-u alandan bir neçə dəqiqə sonra onu Veddən geri alan Google qrupu bu cəsarətli addımına görə Vedi pul ilə mükafatlandırıb. Pul mükafatını alan Ved isə onu Hindistandakı xeyriyyə təşkilatına bağışlayıb./atv
7news.az








