Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1964-ci il təvəllüdlü Ziyad Əhmədov qətlə yetirilib. 7NEWS.az-ın yerli bürosunun verdiyi ilkin məlumata görə, hadisə bu gün saat 13 radələrində baş verib və Z.Əhmədovu baş mühasibi Mirhadi Bağırov bıçaqla boyun nahiyyəsinə vururaq qətlə yetirib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.










