RU
Goranboy sakini intihar etdi
11:10
799

Goranboy sakini intihar etdi

Goranboy rayon sakini özünü asaraq intihar edib.

Hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini,  1984-cü il təvəllüdlü Abdullayev Araz Yasin oğlu özünə məxsus aptekdə intihar edib.

İki uşaq atasının hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ