Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun minaya düşməsinin təfərrüatları məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7NEWS.Az-a verilən məlumata görə, Ş. Qarayev Tapqaraqoyunlu kəndinin yaxınlığında minaya düşüb. Həmin ərazi əvvəllər minalanmış ərazi olmayıb. Həmin minanı başqa ərazidən sel suları gətirib.
Qeyd olunub ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya olunacaq.
***
13:09
Goranboy rayon sakini minaya düşüb.
7NEWS.Azın xəbərinə görə, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu örüş sahəsində heyvan otaran zaman mina partlayışı baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, hazırda Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar.
Partlayış nəticəsində xəsarət alan şəxs Naftalan Şəhər Mərkəzi Xəstəxanasına aparılır.
7NEWS.Az







