Goranboy sakini şirniyyat məhsulundan zəhərlənib.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında Veyisli kəndində baş verib.
1974-cü il təvəllüdlü kənd sakini Həsənova Sevda Murad qızı qida zəhərlənməsi səbəbilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, o, dükandan aldığı şirniyyat məhsulları yeyib və bundan sonra halı pisləşib.
7News.Az








