RU
Goranboyda 5 nəfərdən ibarət qarətçi dəstə saxlanıldı
01:37
1021

Goranboyda 5 nəfərdən ibarət qarətçi dəstə saxlanıldı

Goranboy rayonunda oğurluq hadisəsi qeydə alınıb. Mağazada yerləşdirilən ödəniş terminalı qarət edilib.

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən ərzaq mağazanın qapısı sındırılaraq içəridən ödəniş terminalı oğurlanıb. Hadisəni 5 nəfərdən ibarət dəstə törədib. Rayon Polis Şöbəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində qruplaşmanın 4 üzvü - Vaqif Hüseynov, Elşən Qurbanov, İlkin Şıxıyev və Sadıq Sadıqov saxlanılıb. Elçin adlı şəxsin isə axtarışları davam edir.Araşdırma zamanı məlum olub ki, onlar ödəmə terminalını Xanqərvənd kəndinə aparıb. Orada onu kustar üsulla açaraq içərisindəki 3036 manatı çıxarıblar. Daha sonra dəstə üzvləri mənimsədikləri pulu onların təbirincə desək "pobratski" öz aralarında bölüblər. Saxlanılan şəxlərdən bəziləri törətdikləri əməldən peşman olmadıqlarını bildiriblər. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ