RU
Goranboyda 84 yaşlı kişi güclü yanğında yanaraq ölüb
10:08
433

Goranboyda 84 yaşlı kişi güclü yanğında yanaraq ölüb

Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

7news.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ