Goranboy rayonunun Qızılhacılı qəsəbəsində baş verən ağır yol qəzasının təfərrüatı bəlli olub.
7news.Az xəbər verir ki, ölənlər qardaş-bacı olublar.
Yaralılardan biri ölənlərin ailəsinin gəlinidir.
Qəzanı törədən şəxs Qızılhacılı kənd sakini "rəngsaz Tariyel” kimi tanınan şəxsin oğlu olub. O, bir neçə gün sonra hərbi xidmətə yollanmalı imiş.
-----
Goranboy rayonunda ağır yol qəzası baş verib.
7news.Az xəbər verir ki, "Mercedes” və "VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.
Xəsarət alanlar 1981-ci il təvəllüdlü Ulduz Əmrahova, 1987-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə nəticəsində iki nəfər - Cəmilə Məmmədova və Sahib Məmmədov ölüb.
7news.Az







