RU
Goranboyda altı yaşayış məntəqəsini birləşdirən yeni yol tikiləcək - SƏRƏNCAM
14:58
156

Goranboyda altı yaşayış məntəqəsini birləşdirən yeni yol tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq üç milyon manat ayrılıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ