Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Veysli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Babək Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.








