RU
Goranboyda əkin sahələri susuzluqdan məhv olur:  MƏMUR ÖZBAŞINALIĞINA GÖRƏ
21:25
2420

Goranboyda əkin sahələri susuzluqdan məhv olur: MƏMUR ÖZBAŞINALIĞINA GÖRƏ

Borsunlu kənd sakinləri pay torpaqlarında əkilmiş arpa və buğda məhsulunu suvarmaqda çətinlik deyil artıq əzab çəkirlər. Borsunlu kəndinin əkin sahələri, Kürəkçay çayı, Yeni istismara verilmiş ŞəmkirMaşın kanalQarabağ kanalından çəkilmiş diametri 700 mm olan dəmir doru vasitəsi ilə suvarılmalıdir.

Goranboy Rayon Suvarma Sistemləri İdarəsi və Borsunlu kənd Sudan İstifadə edənlər birliyi bu kəndə sözün əsil mənasında susuzluqla əzab əziyyət verməyə qarşısına məqsəd qoymuşlar. Qeyd edək ki, bu adı çəkilən idarə uzun illərdi ki Kürəkçay çayındakı suyu Borsunlu kəndindən yuxarda yerləşən kənd sahələrinə baha qiymətə sataraq öz ciblərini doldururlar. Demək olar ki bu idarə və kənddə yerləşən birlik torpaq sahibləri ilə heç bir müqavilə bağlamadan, su pulu ödənşini əldən alaraq və heç bir qrafiq , növbəlilik sistemi və ödəniş qəbzi olamadan işini davam etdirir. Demək olar ki torpaq sahibləri ilə rəsmi heç bir iş görmür. Tarif şurasının qoyduğu qiymətin 15-20 qat bahasına suya yaxın olan kəndlərə sataraq 2500 ha yaxın əkinə yararlı torpağı olan Borsunlu kəndini susuz qoyur. Hətta yay aylarında içməli su çox ciddi problem olur və maşınlarla su gətirilir. Hər həftə Rayon Suvarma Sistemləri idarəsi çaylarda olan suyun miqdarına görə kəndlərə sistemli şəkildə bölgü təyin edir və bölgüdə qeyd olunan miqdara KəndSİB sədrinə imzaladır ancaq bölgüdəki su miqdarından tam fərqli miqdarda su ilə kənd sakinlərini aldadırlar. BeləkiBorsunlu kəndinə bölgüdə göstərilən miqdar hal hazırda 850 L/san göstərilir və 150-200 L/san gətirilir və bu miqdar su ilə sahələrə su zamanında çatdırılmır. Qeyd edək ki 20 L/san 24 saatda 1 ha torpaq sahəni suvara bilir. Hər həftə kağız üzərindəki su bölgüsünün miqdarına görə hesablansa Borsunluya aid torpaqlar ildə 4 dəfə suvarılar, ancaq nədənsə bizim əkinlər ildə 1 dəfə tam suvarıla bilmir. Aqrotexniki qaydaya əsasən dənli bitkilər il ərzində 3-4 suvarma ilə yetişir. İldə bir dəfə suvarılan əkinlər əkinçiyə ancaq ziyandan başqa bir şey deyil. Hər il payızda sentyabr və oktyabr aylarında kənd sakinləri torpaqlarını ümidlə əkirlər ancaq Rayon Suvarma Sistemləri idarəsi ümidləri puça çıxarır. Qarabağ kanalından çəkilən dəmir boruya gəldikdə isə nəzarət etmirlər, beləki boru Borsunlu kəndinə aid olmayan ərazilərdən keçdiyi yerlərdə saysız müdaxilələr və özbaşına krantlar qoyulur hətta borunu deşərək su oğurluğu edirlər. Bu deyilənlərə Rayon rəhbərliyi tədbir görmür. Bu müdaxilələr haqqında Cənab Prezidentimiz qeyd etmişdirki, su xətlərinə, kanallara qoşulma və müdaxilələrin qarşısı alınmalı və qanunu pozanalar cəzasını almalıdır. Bu deyilənlərə laqeyid qalan məmurlar haqqında ciddi tədbirlər görülməsini istəyirik. Suvarma suyunun ədalətli bölgüsü hər bir aidiyyəti organın əsas vəzifəsidir, çünkü Meliorasiya və Su Təsərrüfatı ASC-nin nizamnaməsində qeyd edilmişdir. Ədalətsiz bölgü israfçılıq və dövlət əmlakına vurulan ziyandır. O cümlədən əkinçını hər dəfə ziyana salaraq ölkə iqtisadiyyatına mənfi təsir gösrirlər. Nəticədə əkinçilər çarəsiz qalaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə dəfələrlə qaynar xəttinə müraciət edir, məktublar yazır və hətta Goranboy Rayon Borsunlu kənd sakinlərindən iki nəfər Əliyev Ələddin Zirəddin oğlu və Orucov Teymur Həmid oğlu Meliorasiya və Su Təsərrüfatı ASC-yə gedərək Cənab sədr ilə bir başa körüşüb dərtlərini demək istəmişdilər. Pandemiya səbəbindən ASC sədri ilə görüşülməsə də Cəmiyyətin məsul şəxsinə dərtlərini çatdırılmışlar, amma 4-5 gündür su problemi həllolunmadan qalır.

Goranboy rayon Borsunlu kənd sakinləri əkin sahələrini ədalətli şəkildə suvarılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatına yeni sədir təyin olunmuş Z. Mikayılov cənablarından kömək edəcəyinə ümid erirlər.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ