RU
Goranboyda evə basqın edən şəxs danışdı
00:40
1422

Goranboyda evə basqın edən şəxs danışdı

“O evdə böyümüşəm, qonşumuz idi”.

Goranboyda quldurluq etmiş qrup zərərsizləşdirilib. 

7news.Az-ın “Region TV”-yə istinadən verdiyi xəbərə görə,  Goranboy rayon Bağçakürd kənd sakini 64 yaşlı Mina Məhərrəmova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə basqın olması barədə məlumat verib. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, 2 nəfər maskalı şəxs gecə saat 01:00 radələrində qanunsuz olaraq Mina Məhərrəmovanın evinə girərək qadına və onun 12 yaşlı nəvəsinin üzünə qaz balonu püskürdüb. Daha sonra cinayətkarlar evdə axtarış apararaq oradan 160 manat pul və 1500 manat dəyərində qızıl əşyaları aparıblar.

“Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin hadisəni törədən Gəncə şəhərində yaşayan İsgəndərov Ayaz Etibar oğlu və Xanov Mahmud Ağalar oğlu olublar. Keçirilən əməliyyat nəticəsində həmin şəxslər tutularaq istintaqa təhvil verilib. Hazırda istintaq hərəkətləri davam etdirilir”, - deyə müstəntiq Gündüz Yusibov bildirib.

Saxlanılan şəxslərin sözlərinə görə,  götürdükləri borc pulu qaytarmaq üçün bu əmələ əl atıblar.

“Mən o evdə böyümüşəm, qonşumuz idi. Dedik ki, bəlkə 5-10 manat pulu plar. Borcumuz çox idi. 1 uşağım var, ailəliyəm, elədiyim hərəkətə görə də peşmanam, imkansızlıqdan bu yola əl atdım”, – deyə saxlanılan şəxslərdən biri,  Ayaz İsgəndərov ifadəsində bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş açılaraq, araşdırmalar aparılır. 

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ