7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şəfibəyli kəndində başverib. Yanğın hadisəsi zamanı, 1954-cü il təvəllüdlü Solmaz Yunis qızı Qasımova qolundan yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.











