Goranboyda zəhərlənmə hadisəsi olub.
"Report” xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.
Rayon sakini, 1996-cı il təvəllüdlü M.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.
Qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.








