RU
Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb-FOTO
14:37
1189

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb-FOTO


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında  gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi- İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ