RU
Goranboyda maraqlı toy karvanı - Dostlarından bəyə gözlənilməz sürpriz
12:20
365

Goranboyda maraqlı toy karvanı - Dostlarından bəyə gözlənilməz sürpriz

Goranboyda toyu olan bəyə Tural Həsənova dostları sürpriz edib. 

 
7News.Az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, bəzədilən maşınlar gəlini gətirmək üçün yola düşən kimi kənardan şarlarla bəzədilmiş traktorlar toy karvanına qoşulub.

 

Mexaniztorlar həmkarları olan bəyi təccübləndirmək üçün belə addım atıblar. 5 traktor gəlin evinə gedən karvana qoşularaq maraqlı görüntülər yaradıb.

Görüntülər kənd sakinlərinin də marağına səbəb olub.maraqlı anları yol kənarından telefonlara çəkənlər də olub.

Keçirilən toy məclisində maraqlı anlar bununlada yekunlaşmayıb. Turalı dostları öz traktoruna mindirərək "Bəy tərifi" mərasiminə gətiriblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ