RU
Goranboyda maşın atı vuraraq aşıb, 3 nəfərə xəsarət alıb - FOTO
10:30
341

Goranboyda maşın atı vuraraq aşıb, 3 nəfərə xəsarət alıb - FOTO

Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Rayonun İravanlı kəndində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vurub və nəticədə yol kənarına aşıb.

Qəza zamanı Goranboy rayon sakinləri - 1994-cü il təvəllüdlü Tanrıverdi Orucov, 1995-ci il təvəllüdlü Elnur Zeynalov və 1993-cü il təvəllüdlü Asif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Bunlardan T.Orucovun vəziyyəti ağır, digər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Avtomobilin vurduğu at isə ölüb.

Faktla bağlı araşdırma aparılır./report

 7News.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ