Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
7news.Az xəbərinə görə, hadisə Xan Qərvənd kəndində baş verib.
Hələ k,i markası məlum olmayan hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Ziyəddin Əli oğlunu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
7news.Az








