RU
Goranboyda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var
13:41
511

Goranboyda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var

Goranboy rayonunda yol qəzası baş verib.
 
Hadisə bu gün səhər saatlarında rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 

Belə ki, kənd sakini Əli Bağırov idarə etdiyi "VAZ-2107" minik avtomobili traktorla toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.//Report
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ