RU
Goranboyda qadın hamamda faciəli şəkildə öldü
14:40
204

Goranboyda qadın hamamda faciəli şəkildə öldü

Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.

7News.Az Report-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ