RU
Goranboyda qəza olub, xəsarət alanlar var
17:45
139

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını yük maşını ilə toqquşub. Qəza zamanı "VAZ 21015"də olan 1988-ci il təvəllüdlü F.Kərimov, 1990-cı il təvəllüdlü R. Kərəmova və 1959-cu il təvəllüdlü T. Babayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ