RU
Goranboyda sərnişin mikroavtobusu aşıb, ölən və yaralılar var (ÖZƏL)YENİLƏNİB
21:18
165

Goranboyda sərnişin mikroavtobusu aşıb, ölən və yaralılar var (ÖZƏL)YENİLƏNİB

Bakı-Qazax magistralının Goranboy rayon ərazisindən keçən hissəsində mikroavtobus aşması nəticəsində ölənlərin sayı artıb.

Dünyasını dəyişənlər Mahmudova Nərgiz, Şahverdiyev Lətif və Həsənova Rənadır.

Şahverdiyev Lətif və Həsənova Rəna qəzadan sonra Gəncədəki xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub, onlar Yevlaxa qayıdan zaman qəzaya uğrayıblar.
 
----
Goranboy rayonunda ağır yol qəzası baş verib.
 
7NEWS.az-ın yerli bürosunun versiyi məlumata görə,hadisə rayonun Goran stansiyasında  qeydə alınıb. İlkin məlumata əsasən hadisə zamanı   "Ford" markalı sərnişin mikroavtobusu  aşıb. Nəticə etibarı ilə hadisə zamanı 10 nəfər xəsarət alıb.Hadisə zamanı yaralanan ilkin şəxslərin adları  bunlardır


Şahverdiyev Sabit Lətif oğlu (1997) 

Lətif Şahverdiyev (1971) 

Əsgərov Elşad Abdulla oğlu (1972) 

Həsənov Telman Mehman oğlu (1996) 

Həsənova Rəna Kaman qızı (1956 )

Mahmudov Ayxan Eyvaz (2004) 

Əkbərov Aytən Hüseyn qızı  (1988)

Ağayeva Gülarə Çərkəz qızı  (1976) 

Mahmudova Xəzəngül  Xaliqverdi qızı (1978) 

Bəşirova Rəna Camal qızı (1999)
 
Əkbərova Aytən Hüseyn qızı (1988)

Əbülfət Əkbərov Hidayət oğlu  (1971)

 

Xəsarət alan şəxslərin bir qismi Gəncə şəhərində yerləşən özəl və dövlət stəxanalardan yerləşdirilib.Yaralılardan vəziyyətləri ağır olanlar var.
Нет описания.
Нет описания.
 Нет описания.

 
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ