RU
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb - FOTO
12:04
4001

Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb - FOTO


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Xoylu kəndində nişan mərasiminin keçirilməi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ