RU
Goranboyda yol qəzası baş verib, bir nəfər ölüb
09:31
1108

Goranboyda yol qəzası baş verib, bir nəfər ölüb

Goranboyda yol qəzası baş verib.

Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlamışlar.

Hadisə yerində "Niva" markalı minik avtomobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ