RU
Goranboyda “zapravka”nı partlatmaq istədilər
14:50
394

Goranboyda “zapravka”nı partlatmaq istədilər

Rıbkin tutulub.

Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb.

Hadisə Goranboy rayonu ərazisində baş verib.

Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə “VAZ-2107” markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib.

Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ