RU
Görənlər dəhşətə düşür - 40 min insanın sümüyündən... - FOTOLAR
16:53
432

Görənlər dəhşətə düşür - 40 min insanın sümüyündən... - FOTOLAR

Çexiya cümhuriyyətinin paytaxtı Praqa yaxınlığında yerləşən Seldec kilsəsi tük ürpərdən bir quruluşa sahibdir.

Böyük bir məzarlığın ortasında yerləşən kilsənin hekayəsi 13-cü əsrin ortalarından başlayır.
İnanca Sedlec Monastrı baş rahibi Heinrich Çexiya kralı 2-ci Otokar tərəfindən 1278-ci ildə müqəddəs torpaqlara elçi olaraq göndərilib. Vəzifəsini tamamlayan Heinrich Qüdsdən ayrılarkən İsanın çarmıxa çəkildiyi Golgothadan bir ovuc torpaq götürüb və Seldecə döndükdə torpağı Kunta Horadakı kilsənin məzarlığına səpib.

Beləliklə bir çox insan məzarlığı müqəddəs torpaqların bir parçası olaraq qəbul edib və hər kəs oraya dəfn olunmaq istəyib.

14-cü əsrdə vəba xəstəliyi yayıldıqda məzar sayı getdikcə çoxalıb. Çünki sadəcə bu xəstəlikdən 40 min insan həyatını itirib.

Bütün bu fəlakətlərdən sonra 1421-ci ildə Husit müharibəsi başlayıb. Husitlər kilsəyə hücum çəkərək 500 keşişi öldürdü və müharibədə həlak olan bir çox insan kilsənin ətrafında yerləşən Kunta Hora məzarlığında dəfn edildi. Ölülərin bu məzarlığa sığmaması səbəbilə məzarlığın sahəsi 35 hektara çıxarılıb.

Schvarzenberg ailəsi husitlər tərəfindən dağıdılan kilsəni bərpa etmək vəzifəsini öz üzərinə götürüb.

Ölülərin sığmadığı məzar probleminə çarə olaraq xristian adətlərində tətbiq olunan bir üsula müraciət ediblər və məzardan çıxarılan skeletlər üçün xüsusi bir sahə hazırlandı. Bu qoruma sahəsinə şapel adı qoyuldu.

Həm vəba, həm də müharibə lənətinə bürünən şəhər məzarlıq problemi qarşısında o qədər çarəsiz qalıb ki, məzarlıqdakı sümükləri kilsənin həyətinə, içinə və şapelinə səpiblər.

Hələ də Schvarzenberg ailəsinə aid olan bu qeyri-adi kilsə 16-cı əsrdə memar Santini tərəfindən dizayn edilərək bu günki vəziyyətə gətirlib.

Kilsədəki minlərlə sümük hər gün dezinfeksiya edilərək dərmanlanır. Tük ürpərdən dizaynı ilə görənləri dəhşətə düşürən Sedlec skelet kilsəsinə hər il 500 mindən çox ziyarətçi gəlir.

7News.AzGörənlər dəhşətə düşür - 40 min insanın sümüyündən... - FOTOLAR
Görənlər dəhşətə düşür - 40 min insanın sümüyündən... - FOTOLAR
Görənlər dəhşətə düşür - 40 min insanın sümüyündən... - FOTOLAR
Görənlər dəhşətə düşür - 40 min insanın sümüyündən... - FOTOLAR
Görənlər dəhşətə düşür - 40 min insanın sümüyündən... - FOTOLAR
 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ