RU
GÖRÜNMƏMİŞ CƏZA: 30 illik futboldan uzaqlaşdırıldı
12:17
738

GÖRÜNMƏMİŞ CƏZA: 30 illik futboldan uzaqlaşdırıldı

Fransa həvəskarlar liqasında çıxış edən "Venisye”nin adı açıqlanmayan oyunçusu 30 illik futboldan uzaqlaşdırılıb.

7News.az xəbər verir ki, bu barədə "L`Equipe” qəzetinin saytı məlumat yayıb.

Bildirilib ki, hadisə mart ayında Fransa 6-cı divizionunun "Venisye” – "Belleroş” (0:5) oyununda baş verib. Matçın sonunda hakimin qərarından narazı olan futbolçulardan biri ona yaxınlaşaraq üzünə zərbə endirib.

Bu səbəbdən "Venisye” çempionatdan qovulub və bir aşağı dəstəyə göndərilib. Futbolçu özü isə 30 illik uzaqlaşdırılıb.//apasport

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ