RU
Görünməmiş rəzalət! Ögey qızı ilə evləndi, 19 il girov saxladı, zorladı - 9 uşağı oldu
16:40
599

Görünməmiş rəzalət! Ögey qızı ilə evləndi, 19 il girov saxladı, zorladı - 9 uşağı oldu

Ata ögey qızına 19 il işgəncə verib.

ABŞ-da kişi 12 yaşında qaçırdığı ögey qızını 19 il ərzində girov saxlayıb. Bu müddət ərzində 9 uşaq dünyaya gətirən qadın yaşadığı işgəncələrdən danışıb.

Oklahoma ştatında yaşayan 62 yaşlı Henri Michele Piette bu müddət ərzində ögey qızı Rosalin Mcginnisə dəfələrlə təcavüz edib. Qadın açıqlamasında qeyd edib ki, bu müddət ərzində bıçaqlanıb, beyzbol dəyənəyi ilə döyülüb və huşunu itirənə qədər boğazı sıxılıb.

İttihamnaməyə görə, Rosalin Mcginnisin anası birlikdə olduğu Henri Michele Piettei tərk etdikdən sonra Piettenin oğlu o vaxt 12 yaşında olan Rosalini məktəbdən götürüb. 1997-ci ildə baş verən bu hadisədən sonra Piette uşaqlarına Rosalinin yeni anaları olduğunu deyib. Rosalini də ailə qurmağa razı salmağa çalışıb.

Piette illər boyu Rosalin və uşaqları ilə birlikdə ABŞ və Meksikada yaşayıb. Bu zaman Rosalin Mcginnis dəfələrlə təcavüzə məruz qalıb, bıçaqlanıb, beyzbol dəyənəyilə döyülüb və huşunu itirənə qədər boğazı sıxılıb. Bu dövrdə qadının Piettedən 9 uşağı olub.

2016-cı ilin iyununda, artıq 32 yaşında olan Rosalinin öd kisəsində problem yarayıb. Piettenin xəstə olan qadına qarşı pis rəftar etməsi nəticəsində qadın Meksikadakı bir kənddən 8 uşağı ilə qaçıb. ABŞ Konsulluğuna sığınaraq, uşaqlarıyla birlikdə ölkəsinə qayıdıb.

 

"People" jurnalına danışan Rosalin "Buradan getməsəydim, ya ağlımı itirəcəkdim, ya da öləcəkdim və uşaqlarım o adamın əlində qalacaqdı",- deyib.

Həbs olunan Piette barəsində araşdırma aparılır./goldnews

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ