RU
Görüş 50 dəqiqə çəkdi
16:42
977

Görüş 50 dəqiqə çəkdi

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikili görüşlər çərçivəsində həmkarı Barak Obama ilə bir araya gəlib.

7News.Az bildirir ki, "Ağ ev"də təşkil olunan görüş təxminən 50 dəqiqə davam edib. Prezidentlər beynəlxalq təhlükəsizlik, terrorla mübarizə, İŞİD və digər terrorçu qruplaşmaların məhvi və mühacirlərlə bağlı Birləşmiş Ştatlar-Türkiyə arasındakı əməkdaşlıq məsələlərini müzakirə edib. Obama Diyarbəkirdə baş vermiş terror aktı zamanı Ərdoğana, həlak olanların ailəsinə və bütün türk xalqına başsdağlığı verib, yaralılara şəfa diləyib.

Görüşə qədər isə Türkiyə prezidenti Bruukinq Universitetindəkı çıxışında Rusiya-Türkiyə münasibətləri haqda danışıb. SSRİ dönəmindən sonra Rusiya ilə Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyən Ərdoğan, Moskvanın kəskin reaksiyasının əlaqələrə xələl gətirdiyini bildirib. Türkiyə lideri əlavə edib ki, bölgədə mövcud şərtlər Türkiyə ilə Rusiya arasında əməkdaşlığın bərpasını qaçılmaz edir./atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ