Azərbaycandakı hər kəsə, xüsusilə ölkə Prezidenti İlham Əliyevə göstərdikləri dəstək üçün minnətdarlığımı bildirirəm.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, mediada dezinformasiya yaşandığını gördük və belə bir tədbirin keçirilməsini lazım bildik: "Türkiyə Sillahlı Qüvvələrinin içindəki kiçik qrupun başladığı hadisəyə 80 milyon insanın necə münasibət göstərdiyinə, vətəndaşların həmrəyliyinə, siyasi partiyaların necə dəstəklədiyinə, Türkiyənin seçilmiş hökumətinin daim vəzifəsinin başında olmasına baxsanız, 15 iyulun demokratiya bayramı olduğunu görərsiniz".
7News.Az








