RU
GUAM-a sədrlik Moldovaya keçəcək
20:10
654

GUAM-a sədrlik Moldovaya keçəcək

2022-ci ildə GUAM təşkilatına sədrliyi Moldova edəcək.

Bu barədə təşkilatın Milli Koordinatorlar Şurasının onlayn formatda keçirilən 57-ci toplantısında bildirilib.

Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya ölkənin GUAM-a builki sədrliyi dövründə pandemiyaya baxmayaraq, əldə olunan nəticələr barədə məlumat təqdim edib. O, gələn il sədrliyi təhvil alacaq Moldovaya uğurlar arzulayıb.

Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib./report
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ