RU
GUAM ölkələrinin XİN başçıları Nyu-Yorkda bir araya gələcək
17:30
478

GUAM ölkələrinin XİN başçıları Nyu-Yorkda bir araya gələcək

GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçiriləcək.

7News.Az Report-a istinadən xəbər verir ki, iclasa hazırlıq məsələsi Kiyevdə GUAM Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 42-ci görüşündə müzakirə olunub.

MƏŞ BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində "GUAM+" formatındakı görüşlərlə bağlı məsələlərə baxıb.

Xatırladaq ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışı sentyabrın 12-də gözlənilir.

 

7News.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ