RU
GUAM PA-nın müşahidə missiyası Bakıya gəlir
20:25
247

GUAM PA-nın müşahidə missiyası Bakıya gəlir

GUAM Parlament Assambleyasının müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.

7news.az-ın məlumatına görə, bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili Secki-2015.az saytına bildirib.

Ukraynalı deputat İvan Qulko və gürcüstanlı deputat Zurab Abaşidzenin təmsil olunduğu müşahidə missiyasına baş katib rəhbərlik edəcək.

V.Çeçelaşvilinin sözlərinə görə, nümayəndə heyəti oktyabrın 31-də Bakıda olacaq və səfər noyabrın 3-dək davam edəcək: “Noyabrın 1-i müşahidələrimizi aparacaq, daha sonra fikirlərimizi mətbuat konfransında açıqlayacağıq. Hazırda mətbuat konfransının yeri və vaxtı məsələsi dəqiqləşdirilir”.

Təşkilatın Azərbaycanda seçkiqabağı müşahidələri ilə bağlı danışan baş katib söyləyib ki, GUAM-ın seçkiqabağı müşahidə aparmaq ənənəsi yoxdur: “Biz adətən müşahidələrimizi seçki günü aparırıq. Bunun nəticəsində də hesabat hazırlayırıq. Hesabat seçkilərdən sonra ictimaiyyətə təqdim olunur".

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ