RU
Güclü külək Ağdam və Tərtərin elektrik təchizatında problem yaradıb
23:20
1862

Güclü külək Ağdam və Tərtərin elektrik təchizatında problem yaradıb

Ağdam və Tərtər ərazisində axşam saatlarından etibarən başlayan güclü külək elektrik enerjisinin verilməsində problem yaradıb.

Ağdam Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından 7NEWS.Az-a verilən xəbərə görə, naqillərin qırılması bəzi yaşayış məntəqələrinə elektrik enerjisi təchizatının dayanmasına səbəb olub.

Küləyin sürətinin artması səbəbindən yarana biləcək fəsadların qarşısını almaq üçün bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ