Tovuzda əsən güclü külək bir neçə qəbir daşını aşırıb.
7News.az xəbər verir ki, hadisə rayonun Ağdam kəndində yerləşən qəbristanlıqda baş verib.
Yerli sakinlərin sözlərinə görə, güclü külək gecə saatlarında əsməyə başlayıb.
Səhər saatlarında məzarlığa gələnlər 10-a yaxın başdaşının aşdığını görüblər.
Qəbristanlıqda əsasən Yuxarı Öysüzlu və Ağdam kənd sakinləri dəfn edilir./Region TV
7News.az








