ABŞ-ın Los-Anceles şəhərində əsən fırtına həyatı iflic edib.
"Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, güclü külək xüsusən nəqliyyat vasitələrinin hərəkətinə ciddi təhlükə törədib.
Belə hallardan biri Los-Anceles şəhərinin ərazisində yerləşən magistral yolda baş verib.
Güclü külək hərəkətdə olan TIR-ı aşırıb.








