Dünən gecə saatlarından başlayaraq hava şəraitinin kəskin dəyişməsi paytaxtda bir sıra problemlər yaradıb.
Hadisə gecə saatlarında Sabunçu rayonu Əhməd Cavad küçəsində baş verib. Ağacın qırılması nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. Güclü külək paytaxtın digər yerlərində də ağacların qırılması ilə nəticələnib.
Paytaxtın bəzi ərazilərində, həmçinin bir çox qəsəbə və kəndlərdə işıq kəsilib.
Azərişıq ASC-dən verilən məlumat görə, güclü külək enerji təminatına problem yaranıb. Hazırda işlər gedir, yaxın saatlarda bütün ərazilərdə elektrik enerjisi bərpa olunacaq. Yeri gəlmişkən, hava şəraitinin dəyişməsi Baləkən –Bakı qatarının da bir saat gecikməsi ilə nəticələnib. Azərbaycan dəmir yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, hava şəraiti ilə əlaqədar qatarların sürətiə məhdudiyyət qoyulub.
Güclü küləklə yanaşı yağan yağış da bir sıra problemlərə yol açıb. Nərimanov rayonunda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri suyun səviyyəsinin qalxması nəticəsində avtomobillərin içərisində köməksiz vəziyyətdə qalan 5 sakini xilas edib.
Biləcəri qəsəbəsi Ordubadi küçəsində isə yol su aidında qalıb, evlərə isə su dolub. Sakinlər səhər saatlarından etibarən evlərindən çölə çıxa bilməyiblər./atv
7news.az








