RU
Güclü qar Bakıda nəqliyyatın işinə təsir etməyib
09:35
563

Güclü qar Bakıda nəqliyyatın işinə təsir etməyib

Bakıda müşahidə olunan qarlı-çovğunlu hava Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib.

Aeroportdan verilən məlumata görə, kəskin hava şəraitinə bamayaraq heç bir reys təxirə salınmayıb. Qurumdan bildirilib ki, uçuşlar qrafikə uyğun həyata keçirilir, ancaq qısa müddətli gecikmələr var.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də bildirilib ki, hazırda yollarda tıxac müşahidə olunmur.
Qeyd edək ki, dünən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Qarlı hava şəraiti hazırda davam edir. Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentinin məlumatına əsasən gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gündüz 0-3° isti olacağı gözlənilir./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ