RU
Güclü yağış Lənkəranda yenidən fəsadlar törədib
23:15
287

Güclü yağış Lənkəranda yenidən fəsadlar törədib

Lənkəran rayonu ərazisində dekabrın 2-də günorta saatlarından başlayan yağış axşam güclənib.

Sel suları rayonun ayrı-ayrı yaşayış məntəqələrində yenidən fəsadlara səbəb olub. Yağışın güclü küləklə müşayiət olunması bir sıra yerlərdə hündür ağacların yıxılması ilə nəticələnib. Lənkəran şəhərinin əksər küçələrində gölməçələr yaranıb. Sel suları həyətlərə dolub. Maşınların və piyadaların hərəkəti çətinləşib.

Hazırda rayonda yağış yağmaqda davam edir.

Qeyd edək ki, oktyabr və noyabr aylarında da intensiv yağışlar nəticəsində Lənkəranda yüzlərlə ev sel sularının altında qalıb, 5-ə yaxın körpünü sel aparıb, sakinlərə xeyli maddi ziyan dəyib./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ