RU
Güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub
14:40
35

Güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub


7NEWS.az xəbər verir ki, İtaliyanın şimalındakı Val Kamonika bölgəsindəki Edolo qəsəbəsində güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub. İtaliya yanğınsöndürmə briqadasının verdiyi açıqlamada riskli ərazidə yaşayan ən az 15 nəfərin təxliyə edildiyi bildirilib. Bölgədə qatarların hərəkəti dayandırılıb, bəzi magistral yollar daşqın səbəbindən nəqliyyata bağlanıb. Sürüşmə nəticəsində evlər zərər görsə də, bir çox evləri su basıb. Bildirilib ki, axtarış-xilasetmə işlərinə 40 yanğınsöndürən cəlb olunub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ