RU
“Gücümüz çatmadı desəm...”
10:00
746

“Gücümüz çatmadı desəm...”

Dünən Avropa Liqasında qrup mərhələsinin 6-sı - son turunun oyunları keçirilib.

Son Azərbaycan çempionu "Qarabağ" səfərdə "Anderlext"lə (Belçika) 1:2 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıb. Konstant Vanden Stok stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərh edib:

"Əfsuslar olsun məğlub olduq. Futbolçuların hər birinə təşəkkür edirəm. Bizim üçün çox böyük təcrübə oldu. Komandanın oyundan razı qaldım.

Oyundakı mübahisəli epizodda penalti olduğunu deyən təcrübəli mütəxəssis çıxışını belə tamamlayıb: "Belə oyunlarda kiçik bir boşluq qolla nəticələnir. Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm, düzgün alınmaz. Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ