Niderlandın Nordvik şəhərində dünyanın ən al-əlvan festivallarından biri keçirilib.
Sayca 69-cu dəfə təşkil olunan gül paradında minlərlə sakin, o cümlədən xarici turistlər iştirak edib. Gül paradı münasibətilə 30 nəqliyyat vasitəsi güllərlə bəzədilib. Çiçəklərdən 17 nəhəng tağ yaradılıb. Gül karvanı Nordvikdən Harleemə qədər 42 kilometr məsafə qət edib. Bir tağın yaradılmasında 400 mindən çox gül istifadə olunub. Festivalın təşkilində, çələnglərin hörülməsində xeyli sayda hollandiyalı könüllü iştirak edib.
7News.Az








