Sibel Can və Hülya Avşardan sonra Gülben Ergen də "Fotoşop"dan ifrat istifadəsi ilə tənqidə məruz qalıb.
"Kalbimi koydum" adlı yeni albomunun fotosessiyası üçün Nihat Odabaşının fotokamerası qarşısına keçən Gülbenin incə və selulitsiz ayaqları gözdən qaçmayıb.
Sosial media istifadəçiləri onun keçən il çimərlikdə çəkilən fotolarını yada salaraq "Fotoşop deyil, Fotoşok" deyiblər.
Qeyd edək ki, Bodrumdakı çimərlik fotolarında selülitli ayaqları ilə müzakirə olunan müğənni o vaxt baş verənləri "3 uşaq anasına qarşı zorakılıq" adlandırmışdı./axsam
7news.az












