RU
Gülən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə qonşu olur
12:34
510

Gülən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə qonşu olur

FETÖ lideri Fətullah Gülən ABŞ-da öz iqamətgahını dəyişmək qərarına gəlib.

 

7News.az xəbər verir ki, terrorçubaşı yaxın günlərdə Pensilvaniyadan Virciniya ştatına köçəcək.

 

Gülənin seçdiyi bu ştat FETÖ-nun dərnək və vəqflərinin güclü çalışdığı bölgələrdəndir.

 

Vaşinqtona yaxınlığı ilə diqqət çəkən ştatın digər bir özəlliyi isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) ev sahibliyi etməsidir.

 

Qeyd edək ki, Virciniya təşkilatın beyin mərkəzi hesab olunur. Çünki FETÖ-nun aparıcı şəxsləri məhz burada fəaliyyət göstərir.


7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ