Türkiyədə 15 iyul dövlət çevrilişini təşkil etməkdə ittiham olunan və ekstradisiyası üçün işlər görülən Fətulla Gülən ABŞ-da yayımlanan Politico jurnalına müsahibə verib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Gülən bildirib ki, prezident Ərdoğanla onun yollarını ayırmasına səbəb olan amil prezidentli respublika sisteminə qarşı olması olub: "Əgər bu tələblərə itaət edib tabe olsaydıq, indi Türkiyə hökuməti ilə aramız yaxşı olardı. Lakin rədd etdik və 3 ildir qəzəbinə uğramışıq. Buna müstəqilliyin əvəzi də demək olar. Cənab Ərdoğanın təklifi sultanlıq rejiminə yaxın idi. Vicdanım qarşısında belə bir rejimi dəstəkləyə bilməzdim”.
Bir vaxtlar Ərdoğanla dost və müttəfiq olması ilə bağlı deyilənlərə cavab olaraq bildirib ki, onunla heç vaxt çox yaxın olmayıb. Seçkilərdən öncə 2-3 dəfə görüşdüyünü əlavə edib.
Gülən, həmçinin Türkiyədəki 15 iyul çevrilişinin arxasında dayanmadığını əlavə edib: "Mənim təhsilim hər zaman hüquq çərçivəsində və etik şəkildə hərəkət etməkdir.








