RU
Gülən Obamadan imdad diləyir
16:18
1407

Gülən Obamadan imdad diləyir

Gülən ABŞ-dan xahiş edib ki, onu Ərdoğandan qorusun.

7News.Az ölkə.az-a istinadən bildirir ki, Pensilvaniya ştatında yaşayan və Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan FETÖ terror qruplaşmasının lideri Fətullah Gülən ABŞ-ın hakim dairələrinə müraciət edərək ekstradisiya edilməməsini xahiş edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

"Mən Amerika rəhbərliyini siyasi vendettadan irəli gəlmiş bütün sorğuları, o cümlədən mənim ekstradisiya məsələmlə bağlı sorğunu rədd etməyə çağırıram", - deyə Gülən bildirib.

Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Gülənin ekstradisiya məsələsinin iki ölkə arasındakı şərtlər əsasında həll olunacağını söyləyib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ