RU
“Gülən öz ideyalarını bu gün də Rusiyada yaymaqda davam edir”
22:02
1284

“Gülən öz ideyalarını bu gün də Rusiyada yaymaqda davam edir”

Karabakh Today xəbər verir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili TURMEB Xəbər Agentliyi üçün Rusiyadaki FETÖ – nün aktivliyi haqında danışıb. O, bildirib ki, Rusiya qanunlarına görə Nurçuluq (Gülənçilik) qadağan edilib: “Amma buna rəğmən, Gülən öz ideyalarını bu gün də Rusiyada yaymaqda davam edir. Bu təbliğat əsasən Azərbaycan və Tatar əsilli şəxslər tərəfindən aparılır, hətta Azərbaycan diasporu adı altında da fəaliyyət göstərirlər. Sayları isə həddən artıq çoxdur və olara dəstək verən şəxslər var. Bunlara qarşı kim çıxırsa, həmin şəxslərə şər böhtan atırlar və zərərsizləşdirirlər. Bunların Rusiya müftiliyində və bəzi dövlət qurumlarında güclü əlaqələri var.

Bu yaxınlarda Azərbaycan məktəbi adı ilə gülən ideyasını təbliğ etmək üçün məktəb də tikiblər. Hələ fəaliyyət göstərməsə də, artıq bu istiqamətdə işlər görürlər və digər Azərbaycan məktəblərini gözdən salmaq və bağlatdırmaq üçün əllərindən gələni edirlər və bu çirkin niyətlərinin nəticəsində onlarca Azərbaycanlı müəllim heyətinin çalışdığı 157 saylı Kərim Kərimov adına Azərbaycan təmayüllü məktəb bağlanıb. Qeyri - rəsmi xəbərlərə görə məktəbdə axtarış zamanı xeyli sayda FETÖ - yə məxsus kitab və digər materiallar tapılıb”.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ