Hazırda ABŞ-da gizlənən "FETÖ”-nün rəhbəri Fətullah Gülənin 1998-ci ildə prezident olmuş Bill Klinton ilə həmin vaxtı Ağ Evdə çalışan Monika Levinski arasında yaşanan seks qalmaqalında adı hallanır.
7News.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə 15 iyul hadisələrinə görə həbs edilən "Zaman” qəzetinin baş yazarı Ali Ünal istintaqa ifadəsində etiraf edib.
Yazar deyib ki, vaxtilə Bill Klinton ilə Monika Levinski arasında "seks skandalı” yaşananda Fətullah Gülən ABŞ prezidentinə təsəlli məktubu göndərib: "Bu hadisə 1998-ci ildə dünya gündəminin əsas müzakirə olunan məsələsi idi. Fətullah Gülən zaman-zaman bəzi nüfuzlu şəxslərə məktublar göndərirdi. Gülən Bill Klintona da məktub göndərərək həm Klintonu seçkilərdə qələbə qazanması münasibətilə təbrik etmişdi, həm də Monika Levinski qalmaqalı ilə bağlı ona təsəlli vermişdi”.
7News.az











