RU
Gülənin bəstəkarı tutuldu
15:30
304

Gülənin bəstəkarı tutuldu

Fəthullahçı Terror Təşkilatının (FETÖ) bəstəkarı Məhmət Çəlikdəmir həbs edilib.

7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada həyata keçirilən əməliyyat nəticəsində tutulub.

Təşkilatın yüksək səviyyədə idarəçisi olduğu iddia edilən və Toros təhsil müəssisələrində müdirlik edən Mehmet Çelikdemir dekabrın 16-da Antalyada saxlandığı bir evdə Terrorla Mübarizə Şöbə Müdirliyi əməkdaşları tərəfindən nəzarətə alınmışdı. Sorğusu tamamlanan Mehmet Çelikdemir dünən ədliyyə orqanlarına təhvil verilib.

Prokurorluqda ifadə verəndən sonra Məhmət Çəlikdəmir "Terror təşkilatına üzvü olmaq, təşkilatın təbliğatını aparmaq və dövlət rəhbərlərini təhqir etmək" ittihamları ilə həbs olunub.

FETÖ-nün gizli xəbərləşmə proqramı "ByLock"dan istifadə etdiyi təsbit edilən Çəlikdəmirin Toros təhsil müəssisələrində musiqi müəllimliyi və müdirlik etdiyi və Fətullah Gülənin şeirlərinə musiqi bəstələdiyi müəyyən edilib. Onun Fətullah Gülənin şeirlərindən ibarət "Bir İşıq Sun” adlı albom çıxardığı bildirilir.

 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ