Fətullah Gülən camaatının Tvitter fenomeni olan "Fuat Avni" adlı hesabının başında dayanan şəxsin kimliyi bəlli olub.
7News.Az publika.az-a istinadən bildirir ki, xüsusi xidmət orqanlarının həbs etdiyi Emre Uslu və Mustafa Koçigid adi xəbərçilərdir. Əsas adam isə "Ergenokon" əməliyyatının adını qoyan "Today Zaman" qəzetinin yazarı Aydoğan Vatandaşdır.
Məlumata görə, A.Vatandaş ABŞ-da yaşayır. Hesabatın A.Vatandaş tərəfindən istifadə olunduğuna dair məlumatı birbaşa Federal Tədqiqatlar Bürosu (FTB) tərəfindən verilib. FTB ötən il Türkiyədən bəzi terrorçular haqda məlumat istəyib. Türkiyə kəşfiyyatı da qarşılığında "Fuat Avni"nin kimliyi haqda informasiyaları tələb edib. ABŞ tərəfi məcburiyyət qarşısında məlumatları Türkiyəyə verib.
A.Vatandaş ötən il İstanbula gələndə xüsusi xidmət orqanları onu həbs etmək istəyiblər. Lakin A.Vatandan Türkiyəyə gələrkən iki bilet alıb. Onlardan biri Türk Hava Yollarının birbaşa ABŞ-a olan təyyarəsinə, digəri isə Sinqapur-Almaniya-ABŞ marşrutu üzrə olub. Beləliklə o, kəşfiyyatı aldadaraq, qaçmağı bacarıb.
Gülənin "super övladı"
Məlumata görə, A.Vatandaş 1995-ci ildə Dəniz Hərbi Məktəbindən çıxandan sonra həmin ildən etibarən "Aksiyon" qəzetində jurnalist kimi fəaliyyət göstərib. 2000-2004-cü illərdə isə o "Zaman" qəzetində yazmağa başlayıb. 2006-cı ildə Nyu-Yorka köçən Vatandaş Gülən tərəfindən xüsusi yetişdirilib. Ona Gülənin "super övladı" deyilir.
Türkiyədə bir çox generalın həbs olunduğu "Ergenokon" əməliyyatına bu ad da A.Vatandaş tərəfindən verilib.
7News.az








